0

TAHIR ABBASLI: Həya getdisə, vətən də əldən gedəcək...

Baxış: 534

 "Vətənin sərhədi həyadandan başlayır"...

Hz. Əli (ə) Kumeyil duasında buyurur: "Allahım, mənim o günahlarımı bağışlaki, həyamı aparar (ismət pərdələrimi yırtar)".. Günah sifətlərin sayıb, ağlayır və bağışlanmaq istəyir. Bağışlanmaq istəıyəndə birinci sözü həya ilə bağlıdır. O Əli (ə) ki, günahdan çox uzaq idi... Biz isə həya nə olduğunu dərk etmirik heç, hələ məzəmmət də edirik həyalı insanları..
Həya elə bir cihazdır ki, insan günahla qarılaşanda xəbərdarlıq siqnalı verir. (avtomobillərdə nasazlıq olan kimi sihazları xəbərdar edən kimi) İnsan rəngdən rəngə düşür. Qızarır, göyərir, qaralır, saralır, ağarır və sonra da əksinə qaydır. İndiki zamanda ancaq balaca uşaqlarda belə halları müşahidə etmək olur. Ən çox yalan danışanda, oğurluq edəndə və söyüş söyəndə. Uşaqlar böyüdükcə hallar mütamadiləşir deyə günahlar nəinki adiləşir, hətta ləzzətlərə çevrilir. Günahlar insanı əsil insanlıq sifətini: xüsusən həyanı sıradan çıxardır. Loru dildə desək insanda sırtıqlaşma prosesi gedir və həya cihazı işləmir. Yəni etdiyi günahlara görə insanın cihazları sıradan çıxır. Belələri sönmüş adam hesabındadırıar. Demək Vətənin sərhədi həyadandan başlayır"...
Fikir verirsinizmi, özünü "yuxarı" bilən tanınmış siyasilər, məmurlar, deputatlar, "incəsənət" xadimləri (xüsusən müğənnilər), nə gündədilər?. O qədər mənəvi itkiləri itirdikləri ola-ola, tribunaları zəbt ediblər və özlərini münsif (juri) kimi aparırlar. Ağız deyib, quaq eşidəni yoxdur. Hər kəs düşünür ki, hamının ona sevgisi olmalıdır və dediklərinə mütləq qulaq sılmalıdır. Belə bir deyim var : "Söyüş və təhqirlər olub. bir qəpik". Qarşısına çıxan azacıq üstün şəxsiyyətləri bütün vasitələrdən istifadə edərək, həya etmədən aşağılamaqdan belə çəkinmirlər. Belə naqis münasibətlər Allahln qəzəbinə gəlir və ciddi cəzalarla qorxudur. Eləcə də cəmiyyətin vahidləşməsinə, milli müqavimətin formalaşmasına və böyük qlobal problemlərin (xüsusən Qrabağ və onun ətrafında işğal olunmuş torpaqların qaytarılması) çözülməsinə ciddi zərbə vurur. Belə insanlardan nümunə götürən kimsə milət, dövlət və vətən dərdi çəkər?
Belə durumda etnik xalqları günahlandıranlar yanlış fikirdədirlər və yol verilməzdir. Allah Quranda Hucurət surəsinn 18-ci ayəsində buyurur: "Sizlərin ən yaxşılarınız təqvalılardır".. Allahın nəzıərində hər millətin yaxşıları və pisləri vardır. Ona görə Allahln istədiyi insanlığa və onun məktəbiniə sahib duraraq, mübarizə etmək lazımdır. Hər bir insan əvvəl öz nəfsi ilə mübarizə edib, ictimai siyasi və iqtisadi problemləri çözmək uğrunda mübarizə etmək formatı tapmalıdır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz