0

Əvəz Zeynallı: Bu millət üçün ağlayan göz kor olmaz

Baxış: 709
Tanınmış jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı yaşadığı Binəqədi rayonunda məktəbdən uşaqlarını götürüb evə qayıdarkən tıxaca düşüb.O,bu zaman hərəkətin düzgün tənzimlənməməsi ilə bağlı polisə irad bildirib və Binəqədi rayon Polis İdarəsinin 4-cü bölməsinə aparılıb.Bir gün saxlama müddətindın sonra 200 manat cərimə ilə azadlıqa buraxılıb.
Press-az.com Əvəz Zeynallının azadlıqa çıxdıqdan sonra rəsmi facebook səhifəsində paylaşımını sizlərə təqdim edir;-Daha bir əsrə bərabər gün keçdi başımdan. Aylarla davam edən yol terroru, yolçəkənlərin (əslində yolkəsənlərin) və abadlıq işi aparanların millətə həqarətli münasibəti bizi daha çətin günlərin eşiyindən döndürdü. Həbsdə qaldığım 24 saat ərzində əvvəlki həbsimin sarsıntısı qədər duyğular yaşadım desəm, inanın. 6 il bundan əvvəlki proseduru bir də xatırlatdılar mənə. Amma bu millətin, onun hələ ölməyən və dim dik ayaqda duran son əzəmətli nümayəndələrinin məni necə müdafiə etdiklərinin, müstəqil medianın son nümayəndələrinin necə haqqım uğrunda mübarizə apardıqlarını gördüm çıxanda və qürurdan dəfələrlə kövrəldim, duyğulandım. Məni müdafiə edənlərin hamısına - müstəqil mətbuatın nümayəndələrinə, vətəndaş cəmiyyətinin parlaq simalarına, siyasi partiyaların mənsublarına, görünən və görünməyən bütün duyarlı vətəndaşlara sonsuz təşəkkür edirəm. Bir daha əmin oldum ki, bu millət üçün ağlayanların gözləri kor olmaz, əksinə, zəif gözlərə işıq verər bu şanlı və şərəfli millət.Bir daha və bir daha qəti əminliyimi bildirirəm ki, bu millət uğrunda, insan hüquqlarının tam və qəti qələbəsi yolunda aparılan mübarizə boşuna deyil. Bu torpaqda, bu ölkədə, bu insanlarla mübarizə davam edəcək. Bütün şiddəti ilə...Hamınıza bir daha sonsuz təşəkkürlər!Mən Sizin etimadınızı doğruldacağam!
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz