0

Rəvan İsmayıl :Ən böyük vəkil Allahdı !

Baxış: 110

 Məmləkətimizdə ən əsasda dini camiada illərdi Allahın mərhəmətindən,əzəmətindən,

qüdrətindən,ədalətindən danışıb cəmiyyətə düşdüyü bataqlıqdan çıxmağın yollarını göstərən Hacı Mövsüm Səmədov,Şeyx Sərdar HacıHəsənli,Hacı Tale Bağırzadə kimi ruhaniləri,xalqın oğrusu ilə doğrusunu camaata çatdırdıqları üçün onları absurd ittihamlarla narkotik,silah,dövlət çevrilişinə cəhd,İrana cəsusluq etməkdə günahlandıraraq həbs ediblər.

Adını çəkdiyim ruhanilərin,ilahiyyatçıların hüquqlarını müdafiə etmək üçün bu prosesə tanıdığım vicdanlı,ədalətli,mərd ən əsasda öz işində çox məsuliyyətli və peşəkar vəkil Yalçın İmanov alimlərimizin müdafiəsinə qoşulmuşdu.Yalçın İmanovun bu işlərin içində ilk qoşulduğu iş Nardaran işi idi.Yalçın İmanov Nardaran işinə AXCP nin sədr müavini Fuad Qəhrəmanlının müdafiəçisi kimi qoşulmuşdu.Nardaran işinin açılış məhkəməsində məndə ittiham olunanların yaxınları kimi,zalda iştirak edirdim.Hacı Tale məni səsləyib,sonra Yalçın İmanovla tanış edib söylədi ki,təqsirləndirilən 17 nəfər üçün vəkil tutulub order bağlanmalıdı onu da necə etmək lazım olduğunu Yalçın bəy sənə deyəcək.Həmən vaxtdanda Yalçın bəyi şəxsən tanıdım və həyatda şəxsiyyətinə hörmət etdiyim şəxslərdən biri oldu.Yuxarıda adların sadaladığım alimlərimizin məhkəmə proseslərində Allah nəsib edib zalda iştirak edib gedişatı izləmişəm.Yalçın bəy bütün qoşulduğu prosesləri udduğu halda qərəzli məhkəmə özünə yaraşanı edib aşkar şəkildə məhkəmələrin sifarişli olmasın gizlətmirdi.
Yalçın İmanovun son işlərindən biridə mənim vəkilim kimi prosesə qoşulmuşdu.Məhkəmə zalında mənim üzümə yalandan durub guya onlara müqavimət göstərib tabesizlik etməyimi söyləyərək polislərin ağ yalan danışmalarını Yalçın İmanov çox peşəkarcasına onların yalanlarını ifşa edib pratakoldakı bütün yalnışlıqları aşkara çıxartdı.Yalçın bəy vəziyyəti o yerə gətirib çıxartmışdı ki,mənim üzümə duran üç polis hərəsi özünü pis vəziyyətdən qurtarmaq üçün bir birinin üzünə durub biyabırçılıq etdilər.Yalçın bəyə işi bu cür mükəmməl apardığı üçün çox sağol deyirəm ki,necə hakimin qərəzli olmasını sübut etdiyi üçün hakim onun əvəzində ən çox hökmü mənə oxudu,polisləridə gülünc vəziyyətə saldığı üçün məhkəmədən sonra aparıb məni məhkəmənin hayfın çıxmaq üçün işgəncə verdilər.Bilirəm bəlkədə fikirləşəcəksiniz ki,nə ehtiyac var bu qədər uzun uzadı yazmağa.Üç gün ərzində Yalçın İmanovun kollegiyadan uzaqlaşdırılması vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı medyada hər bir aspekdən yazılar dərc olunduğu üçün mən də istədim əsl xalqını sevən xalqının həmişə rifah içində yaşaması üçün əlindən gələni əsirgəməyən bir şəxs haqqında ürək sözlərimi deyim.

Rəvan İsmayıl
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz