Главная > Video xəbər > Sumqayıtda etiraz: Zakir Fərəcov şəhərdə çörək qıtlığı yaradır - VİDEO

Sumqayıtda etiraz: Zakir Fərəcov şəhərdə çörək qıtlığı yaradır - VİDEO


10-01-2018, 22:03.
Sumqayıtda son illər yaşanan narazılıqlar və icra başçısı Zakir Fərəcovun qanunsuz fəaliyyəti ilə bağlı Realliqinfo.com saytında geniş məlumatlar verilib. Sumqayıtın Dənizkənarı Bulvarın tikintisi və şəhərdə görülən digər abadlaşdırma işlərində əməyi keçən sahibkarların çətin duruma salınması birmənalı qarşılanmamaqdadır.

Bir il öncə açılışı baş tuitan Sumqayıt bulvarının yenidən qurulmasında pulunu xərcləmiş iş adamlarının borcları qaytarılmır. Şəhər icra başçısı və Memarlıq şöbəsinin rəisi Fəzail Hüseynov insanları aldatmaqla onların milyonlarla vəsaitini mənimsəməkdədir. İş adamları Məhəmməd Əsgərov, Aydın Abdullayev, Rəşad Abbasov, Allahverdiyev Ruslan və digərləri icra başçısından pullarını tələb etdikləri zaman hədə - qorxu ilə üzləşirlər. Zakir Fərəcov sahibkarları həbs etdirməklə hədələyir və susmalarını tələb edir.

İcra başçısının milyonlarla dövlət vəsaitini mənimsəməsi haqqında yazılanlar aidiyyatı qurumları narahat etmir. İş adamları ilə görüşündə: "mənə heç bir qəpik də verməyiblər. Sumqayıta ayrılan pullar sadəcə sərəncamda qeyd olunub" - deyən Z.Fərəcov onların borcunu qaytarmaq üçün pulun olmadığını deyir.
Prezident Aparatında və digər aidiyyatı qurumlarda qəbulda olan sahibkarlar, Zakir Fərəcovun özbaşınalığından geniş bəhs etsələrdə, Sumqayıt xanına bir söz eşitdirən yoxdur. Çarəsiz iş adamları Prezidentə və Mehriban xanım əliyevaya müraciət edib düşdükləri durum haqqında məlumat veriblər. Hazırda böyük narazılıqların artdığı şəhərdə Z.Fərəcov öz qanunsuz əməllərini davam etdirməkdədir.
Belə ki, bir neçə gün öncə icra başçısının tapşırığı ilə şəhərdə yerləşən marketlərə Bakıdan gətirilən çörəyin qəbul edilməməsi tapşırılıb. Zakir Fərəcovun tapşırığı ilə marketlər ancaq Sumqayıt çörək zavodunun istehsalı olan çörəkləri sata bilər. Bu qanunsuz qərar şəhərdə böyük narazılıq yaradıb. Vətəndaşlar Sumqayıt çörək zavodunun istehsalı olan çörəklərin çəkisinin az olmasını və standartlara cavab vermədiyini qeyd edirlər. Aldığımız məlumatda bildirilir ki, icra başçısı zavod rəhbərliyi ilə şərik olduğundan Bakıdan gətirilən çörəklərin satışına qadağa qoyub.

Mağazalarda çörək tapa bilməyən şəhər sakinləri etirazlarını gizlədə bilməyiblər və icra başçısının bu özbaşınalığınma son qoyulmasını tələb edirlər. Realliqinfo.com son günlər Sumqayıtda yaşananların video görüntülərini təqdim edir:


Вернуться назад