0

Sumqayıt is adamları Zakir Fərəcovun özbaşnalığına etiraz olaraq aclıq aksiyasina başladılar - VİDEO

Baxış: 1 245
Bir il doqquz aydır ki, Sumqayıtın abadlaşdırılması, şəhərin Dənizkənarı bulvarının yenidən qurulması, Bayraq meydanlarının tikintisi üçün xərclədikləri milyonlarla vəsaiti Sumqayıtın icra başçısı Zakir Fərəcov geri qaytarmaqdan imtina edir.
Sumqayıt icra başçısının özbaşınalığına etiraz olaraq iş adamları bu gündən aclıq aksiyasına başlayıblar. Bu baradə Azadsoz.info saytına məlumat verən Sumqayıt iş adamı Məhəmməd Əsgərov qeyd edib ki, onlar dəfələrlə adiyyatı qurumlara, baş prokroluğa müraciət etmələrinə baxmayaraq, Zakir Fərəcovun qanunsuz əmələrinə son verilməyib və onlara olan borc qaytarılmayıb. İş adamı bildirib ki, bir necə aydır ki, onlar Prezdent Aparartı qarışısında haqlı mövqelərini dilə gətirsələrdə, heç bir nəticə əldə edə bilməyiblər. Buna görədə belə qərar gəliblər ki, onların səsini Prezdentə çatdırılması və pozulmuş hüquqlarının bərpası üçün aclıq aksiyasına başlasınlar. İş adamının sözlərinə görə onlara olan borc qaytarılana qədər aksiyanı davam etdirəcəklər.
Azadsoz.info, Xeberman.com saytlarının əmkdaşları, iş adamlarının aclıq aksiyasına başladıqları ünvanda oldular. Onlarını etrazlarını və müraciətlərini video şəkilində diqqətinizə catırıırıq:

 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz