0

Bakıda güclü partlayış baş verdi –YENİLƏNİB 3 (VİDEO, FOTOLAR)

Baxış: 435

Bakıda "Radioquraşdırma" zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb.

Bu barədə  APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.  

****

Bakının Xətai rayonundakı "Radioquraşdırma zavodu" İstehsalat Birliyində baş vermiş partlayış yanğınla müşayiət olunur.

"Report"un məlumatına görə, əraziyə 17 yanğınsöndürən maşın, xeyli sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub.

"Radioquraşdırma zavodu" İstehsalat Birliyinin ətrafındakı yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir.

****

Bakının Xətai rayonunda zavodda güclü partlayış baş verib.

"Report"un məlumatına görə, əraziyə xeyli sayda yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən "Report"a verilən məlumata görə, partlayış Radioquraşdırma zavodu ərazisində qeydə alınıb.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.





 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz