0

Vəkili Yalçın İmanovun vəkiliyi fəaliyyətinə xitam olması ilə bağlı Nardaran məhbus ailələri tədbir keçirir (CANLI YAYIM)

Baxış: 172

Press-az.com-un verdiyi məlumata görə, "Nardaran işində " həbs olunanların Vəkili Yalçın İmanovun vəkiliyi fəaliyyətinə xitam olması ilə bağlı Nardaran məhbus ailələri tədbir keçirilir . Press-az.com saytı həmin tədbirdən   canlı yayım veriri. 


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, ilahiyyatçı Taleh Bağırov və başqa ictimai-siyasi fəal məhbusların hüquqlarını müdafiə edən Yalçın İmanov Vəkillər Kollegiyasından uzaqlaşdırılıb. Noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında bu barədə qərar çıxarılıb.

Qərara əsasən, Vəkillər Kollegiyası Yalçın İmanovun bu qurumdan xaric olunması üçün məhkəməyə müraciət edəcək. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılır.

Y.İmanov yayda Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədovun şikayəti əsasında cəzalandırılıb. Məmmədov vəkilin hüquqlarını müdafiə etdiyi Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması haqda açıqlamasına etiraz edib.


  

  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz