0

Şəhid atası: Mənim övladım şəhid olub deyə, təzə paltar geyinməli idim? — VİDEO

Baxış: 644
İki gün öncə şəhid olan Azərbaycan Milli Ordusunun əsgəri Cabbar Zeynalovun atası Firudin Zeynalov sosial şəbəkələrdə yayılan fotosu ətrafında aparılan müzakirələrə aydınlıq gətirib.

F.Zeynalov “Ölkə.Az”-a müsahibəsində traktorçu olduğu üçün köhnə paltarda olan fotosunun çəkilərək sosial şəbəkələrdə yayımlandığını bildirib:

“Mən traktorçuyam. Oğlumun şəhid olduğu gün traktor idarə edirdim. Xəbəri eşidən kimi dərhal işdən evə gəldim və paltarımı dəyişə bilmədim. Özümdə deyildim. Mənim övladım şəhid olub deyə, təzə paltar geyinməli idim? Oğlumun şəhid olması barədə də ilk olaraq mənə məlumat verilməyib. Telefonum bağlı olduğu üçün qardaşıma zəng ediblər. Bizə oğlumun şəhid olduğunu deməyiblər. Əvvəlcə bizə deyildi ki, oğlunuz yaralanıb. Bunu da biz pis olmayaq deyə belə deyiblər”.


F.Zeynalov oğlunun Vətən yolunda şəhid olmasındam fəxr hissi duyduğunu söyləyib:

“Oğlum Vətən yolunda şəhid olub. Mən buna görə fəxr edirəm!”.

  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz