Главная > Ümumi / Dünya > KİV: ABŞ koalisiyası İŞİD yaraqlılarına yardım edir

KİV: ABŞ koalisiyası İŞİD yaraqlılarına yardım edir


7-10-2018, 20:34.

KİV: ABŞ koalisiyası İŞİD yaraqlılarına yardım edir

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyanın Deyr-əz-Zor şəhərindən İŞİD yaraqlılarını təxliyə edir.

Bu barədə Press-az Suriyanın SANA agentliyinə istinadla xəbər verir.

“ABŞ-ın başçılıq etdiyi koalisiyaya məxsus helikopterlər Deyr-əz-Zorun cənub-şərq bölgəsində eniş edib və oradan yaraqlıları çıxarıb”, - məlumatda bildirilir.

Daha öncə mətbuatda koalisiyanın terrorçu qruplaşmanın başçılarını münaqişə bölgəsindən çıxarması barədə xəbərlər yayılmışdı. Lakin Pentaqon bu ittihamları rədd edir.


Вернуться назад