0

Ermənistana keçən daha bir şəxs SAXLANILDI - İkinci “Azərbaycan casusu” QALMAQALI?

Baxış: 61

Ermənistana keçən daha bir şəxs SAXLANILDI - İkinci “Azərbaycan casusu” QALMAQALI?

Ermənistan sərhədini keçən Türkiyə vətəndaşı tutulub.

Press-az.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin mətbuat xidməti bildirib.

Türkiyə vətəndaşı Gümrü sərhəd dəstəsi tərəfindən saxlanılıb.

“Sərhədi pozan ərazini diqqətlə müşahidə edir və gizlicə hərəkət etməyə çalışırdı”, - xəbərdə qeyd edilir.

Onun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi bildirilir.

Xatırladaq ki, daha əvvəl - iyul ayında Türkiyə vətəndaşı Umut Ali Özmen səhvən Ermənistan sərhədini keçmişdi. Erməni əsgərləri onu “Azərbaycan casusu” adı altında həbs etmişdilər. 16 yaşlı yeniyetmənin azad edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nikol Paşinyana zəng etmiş və Paşinyan Ərdoğanın tələbinə müsbət cavablandırmışdı.

Özmen sentyabrın 25-də azad olunmuşdu

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz