0

İnterpolun axtardığı azərbaycanlı Ukraynada tutuldu

Baxış: 299

İnterpolun axtardığı azərbaycanlı Ukraynada tutuldu

Ukraynanın Belqorod-Dnestr sərhəd-buraxılış məntəqəsinin əməkdaşları İnterpol tərəfindən axtarılan 35 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

Press-az.com xəbər verir ki, azərbaycanlı Ukraynaya Gürcüstan qeydiyyatında olan avtomobillə daxil olarkən saxlanılıb. Sənədlərin yoxlanması zamanı onun İnterpol xətti ilə axtarışda olduğu üzə çıxıb.

Sərhədçilər hadisə barəsində İnterpolun Ukrayna nümayəndəliyinə xəbər veriblər və azərbaycanlının axtarışıda olduğu təsdiqlənib. O, həbs edilib.

Onun Azərbaycanda qaçaqmalçılıq və narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə axtarışda olduğu müəyyənləşib.

Sərhədçilər azərbaycanlını yerli polis əməkdaşlarına təhvil veriblər.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz