0

Neftin qiyməti 100 dollara çata bilər

Baxış: 260

Neftin qiyməti 100 dollara çata bilər

Dünya bazarlarında bir barel neftin qiyməti 100 dollara çata bilər. 

Press-az.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən yazır. 

Qeyd olunur ki, uzunmüddətli perspektivdə Səudiyyə Ərəbistanı İrandan neft tədarükünün sanksiya üzündən azalması fonunda keyfiyyətli neftə tələbatı qarşılaya bilməyəcək. 

Artıq Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti alıcıları xəbərdar edərək, bildirib ki, oktyabr ayından nefti məhdud həcmdə göndərə biləcək.

Nəşr yazır ki, Səudiyyə Ərəbistanı ABŞ sanksiyalarının qəbulundan öncə dünyada neftə tələbatı düzgün qiymətləndirə bilməyib.

Treyderlər isə bildiriblər ki, tələbatın artması və Səudiyyə Ərəbistanının onu qarşılaya bilməməsi neftin qiymətini 90-100 dollaradək yüksəldə bilər.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz