0

Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edilib.

Baxış: 280

25 aprel 2017-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzində Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qadınlar Şurasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Zərifə xanım Əliyevanın həmkarı oftalmoloq Nübar Həşimova, BSM-nin əməkdaşı, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

 Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edilib.

 


Çıxış edənlər Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan, səhiyyədə öz dəst-xətti olan novator bir alim, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyən, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsində və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işində də xüsusi xidməti olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə geniş məlumat vermişlər.

Tədbirin gedişatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Yekunda 35 saylı musiqi məktəbinin şagirdlərinin ifasında klassik musiqi parçaları ifa olunmuşdur.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz