0

“Apple” şirkəti seksizmdə ittiham edildi

Baxış: 137

“Apple” şirkəti seksizmdə ittiham edildi

Feminist hərəkatlarının fəalları “Apple” şirkətindən narazılıqlarını ifadə ediblər.

Oxu.Az xəbər verir ki, onlar təqdim edilən yeni “iPhone”ların qadın əli üçün həddindən artıq böyük ölçülərə malik olduqlarını bildiriblər.  

Fəal Sofi Uolker qeyd edib ki, “Apple” smartfonları qadın əllərini unudaraq layihələndirir. Hərçənd istehlakçı auditoriyasının bir hissəsini qadınlar təşkil edir. Onun fikrincə, buna səbəb şirkət əməkdaşları arasında qadınların azlıq təşkil etməsidir. 

“Apple” şirkəti “iPhone” smartfonlarının yeni modellərini Kupertinoda təşkil etdiyi tədbirdə təqdim edib. Təqdimetmə mərasimində “iPhone XS”, “iPhone XS Max” və “iPhone XR” nümayiş olunub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz