0

Belarus səfiri erməni jurnalistin eyforiyasını dağıtdı

Baxış: 500

Belarus səfiri erməni jurnalistin eyforiyasını dağıtdı

Ermənistanın “Aravot” qəzetinin jurnalisti Belarusun bu ölkədəki səfiri İqor Nazarukdan Belarusun Azərbaycana silah satmasının Ermənistanda birmənalı qarşılanmamasını şərh etməyi xahiş edib. 

Press-az.com bununla bağlı “Aravot” qəzetinə istinadla xəbər yayıb. 

Jurnalist: Siz Azərbaycanı silahlandırırsınız və yaxşı bilirsiniz ki, bu silahlar Ermənistana qarşı yönələcək. 

Səfir: Mən kifayət qədər yaxşı məlumatlı olmadığım üçün silah satışını müzakirə etməyəcəyəm. Silah satışı məsələsi BMT Təhlükəsizlik Şurası və beynəlxalq hüquqi aktlarla tənzimlənir. Bu proseslərin iştirakçısı kimi Belarusun hansı müddəanı pozmasını bizə deyin. 

Jurnalist: Belarus Ermənistan kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. KTMT-nin əsas məqsədlərindən biri də beynəlxalq və regional sülh və sabitliyin möhkəmləndirilməsidir, ona görə əsas sual – Belarus Azərbaycana silah satmaqla regionda sülh və sabitliyi nə dərəcədə möhkəmləndirməyə çalışır?

Səfir: Siz də KTMT-nin üzvüsünüz və belə addımlar ata bilərsiniz. Bu suallara görə sazişin konkret hansı maddəsini pozduğumuzu, hansı öhdəliyi yerinə yetirmədiyimizi deyin.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz