0

“Yuventus” hər dəqiqədə Ronaldunun bir formasını satır

Baxış: 159

“Yuventus” hər dəqiqədə Ronaldunun bir formasını satır

İtaliyanın “Yuventus” klubu hər dəqiqədə Ronaldunun bir futbolkasını satır.

Bu barədə Press-az.com “Tutto Juve”yə istinadla xəbər verir.

Portuqaliyalı futbolçu Turin komandasına bir neçə gün öncə “Real”dan keçib.

Tələbatın həddindən artıq çox olması səbəbi ilə klubun İnternet dükanı fəaliyyətini dayandırıb.

Eyni zamanda “Yuventus”a aid atributların satış nöqtələrində böyük növbələr əmələ gəlib.

Turinlilər Ronaldunun hər birinin dəyəri 100 avro təşkil edən 1 milyon formasını satmaq niyyətindədirlər. 

Ronaldunun “Yuventus”a keçidi isə italiyalılara 105 milyon avroya başa gəlib. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz