0

Gürcüstanda hökumətin yeni tərkibi açıqlandı

Baxış: 162

Gürcüstanda hökumətin yeni tərkibi açıqlandı

Gürcüstan baş naziri Mamuka Baxtadze hökumətin yeni tərkibini açıqlayıb. Tərkibə ölkə parlamenti tərəfindən etimad göstərilməlidir. 

Press-az.com xəbər verir ki, bununla bağlı “Sputnik Gürcüstan” məlumat yayıb. 

Baxtadzenin sözlərinə görə, hökumətdə üç yeni rəhbəri olacaq. Təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə Mixail Batiaşvilinin, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Georgi Kobuliyanın, maliyyə naziri vəzifəsinə isə İvan Maçavarianinin adı təqdim olunub. 

Baxtadze əlavə edib ki, David Zalkaliani Gürcüstanın xarici işlər naziri postunda qalıb. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz