0

Gürcüstanın xarici işlər naziri dəyişdirilib

Baxış: 103

Gürcüstanın xarici işlər naziri dəyişdirilib

Bazar ertəsi Gürcüstan parlamentinə ölkə rəhbərliyinin yeni tərkibi təqdim edilib.

Press-az.com-un məlumatına görə, yeni hökumətdə Gürcüstanın keçmiş xarici işlər naziri, maliyyə naziri, iqtisadiyyat və dayanıqlı inkişaf naziri təmsil olunmur.

İqtisadiyyat və dayanıqlı inkişaf naziri postuna Georgi Çerkezişvili, xarici işlər naziri postuna David Zalkaliani, maliyyə naziri postuna isə Nikolaz Qauqa təyin olunacaq.

Qanunvericilikdə edilən dəyişilikdən sonra 14 nazirdən ibarət hökumətin tərkibi 11 nəfərə kimi azaldılacaq. İki-üçhəftədən sonra ölkə parlamenti yeni hökumətə etibarını ifadə etməlidir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz