0

ABŞ Qüdsdə səfirlik açıb

Baxış: 350

Bu gün, mayın 14-də, Qüdsə şəhərində Amerika Birləşmiş Ştatlarının səfirliyinin açılışı baş tutub.

Press-az.com-un xəbərinə görə, mərasimdə ABŞ-ın İsraildəki səfiri Devid Fridman çıxış edib.

Ondan əlavə, açılışı mərasiminə ABŞ prezidentinin qızı İvanka Tramp, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və İsrailin baş naziri Binyamin Netanyahu da qatılıb.

Qeyd edək ki, ABŞ diplomatik missiyasının Təl-Əvivdən Qüdsə keçirilməsi barədə prezident Donald Tramp 2017-ci ilin dekabrın 6-da qərar verib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz