Kabildə partlayış: 31 nəfər həlak olub – YENİLƏNİB » Press-az
0

Kabildə partlayış: 31 nəfər həlak olub – YENİLƏNİB

Baxış: 102

Kabildə partlayış nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “TOLOnews” telekanalı Əfqanıstan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Partlayış nəticəsində 112 nəfər yaralanıb.

Qeyd edək ki, Kabildə seçici qeydiyyat mərkəzi qarşısında terrorçu-kamikadze tərəfindən törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

13.58

Kabildə partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, partlayış nəticəsində 50 nəfərdən çox insan yaralanıb.

Əfqanıstan DİN partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini açıqlayıb. Hələ partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz