0

LAQODEXİDƏ KƏRBƏLA SƏRVƏRLƏRİNİN TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLDİ

Baxış: 66
LAQODEXİDƏ KƏRBƏLA SƏRVƏRLƏRİNİN TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLDİBu gün Laqodexinin Qabal kəndində Həzrət İmam Hüseyn (ə), Həzrət İmam Səccad (ə) və Həzrət Əbəlfəzl-Abbasın (ə) mövlud günləri münasibəti  ilə bayram tədbiri keçirildi. Tədbirdə din xadimləri, dövlət rəsmiləri və Laqodexinin kəndlərindən dəvət olunan müsəlmanlar iştirak etdi.Axund Kərbəlayi Kamranın aparıcılığı ilə keçirilən tədbir Qurandan bir neçə ayəni tilavət etməsi ilə başladı. Əhlibeyt məddahı Kərbəlayi Səid Həsənin ifasında ilahi nəğmələr, şeir və qəsidələrlə şən əhval ruhiyyədə keçirilən mərasimdə öncə  parlamentin üzvü Quram Macaraşvili, Laqodexi munisipalitetinin meri Condo Mdivilişvili, bələdiyyə sədri Qarlo Camburia  çıxış edərək məclis iştirakçılarını bayram günləri münasibəti ilə təbrik edib xoş arzularını çatdırdılar.Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şaban ayının əvvəl günlərinə təsadüf edən mövludlar münasibəti ilə təbriklərini çatdırıb Əhli-beytin və İmam Hüseynin (ə)  fəziləti, şəxsiyyəti və O Həzrətin həyatından alınan dərslər haqda geniş məlumat verdi.Tədbirdə iştirak edən İcra hakimin nümayəndəsi Namaz Allahverdiyev, Şərqi Gürcüstan Müftisinin nümayəndəsi Aqil Mamedov, ictimai xadim Hüseyn Mamedov və Camal Niyazov da əziz günlər münasibəti ilə təbrik edib təşkilatçı Gürcüstan Müsəlmanları İdarəsinə və əməyi keçən hər kəsə təşəkkür etdilər.Mərasimin sonunda dövlət rəsmilərinə Qurani-Kərim və adları Hüseyn, Abbas, Səccad və Əli olanlara hədiyyələr təqdim olundu.Təbir ölkə və İslam dünyası üçün  dualar oxunmaqla və sonda “Fərəc” duası ilə sona çatdı.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz