0

Meyxanaçı Samirə intihara cəhd edib

Baxış: 2 253

Müğənni-meyxanaçı Samirə Yusifqızı illər öncə qardaşına görə intihara cəhd edibmiş.

Sənətçi “Xəzər” televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan “Səni axtarıram” verilişində bu barədə danışıb. Onun sözlərinə görə, qardaşını sonuncu dəfə 1993-cü ildə görüb:

“Ondan sonra qardaşımı görməmişəm. O mənim ata bir, ana ayrı qardaşımdır. Atam anamdan sonra onun anasıyla ailə qurdu və bir müddət bizdən uzaq düşdü. Mənim 17-18 yaşım olanda isə anamla barışdı. Sonradan həm o qadının, həm də bizim yanımızda qalırdı. Mən doyunca ata nəvazişi görməmişəm. İndi də qardaşımı axtarıram. Çünki yaş keçdikcə insan doğmalarına ehtiyac hiss edir”.(ölkə.az)

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz