0

"Subaylığa son" partisindən dönən qızların faciəvi sonu: Hamısı öldü

Baxış: 1 690
Birləşmiş Ərəb Əmirliyindən Türkiyəyə uçan və İranda qəzaya uğrayan "Başaran holdinq"ə aid təyyarədə ölənlərin kimliyi bəlli olub.
Təyyarədəki 8 sərnişin Dubayda keçirilmiş "subaylığa son" partisindən dönən qızlar olub.
Onlar Hüseyin Başaranın qızı Mina Başaranla birlikdə "subaylığa son" şənliyində iştirak etmək üçün Dubaya gediblər.
Mina Başaran qəzadan saatlar öncə rəfiqələrilə birlikdə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb.
Mina Başaran 17 gün sonra subaylığa son qoyacaqdı. Toya min nəfərə yaxın qonaq dəvət olunmuşdu. O, otel biznesilə məşğul olan Evren Tekerlə nişanlı idi.
Qeyd edək ki, İranda qəzaya uğrayan Türkiyə təyyarəsində 3 heyət üzvü və 8 sərnişin olmaqla 11 nəfər ölüb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz