0

Bakıda 7-ci sinif şagirdləri intim əlaqəyə girdi - Məktəbdə biabırçılıq

Baxış: 6 978

Bakı şəhəri Səbail rayonunda yerləşən 134 nömrəli məktəbdə şagirdlər intim əlaqədə olub.

Press-az.com primetime.az-a istinadən xəbər verir ki, yayılan videoda olanların 7-ci sinifdə oxuduğu ehtimal edilir. Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb.

Məsələ ilə bağlı sözügedən orta məktəblə əlaqə saxladıq. Məktəbin işçisi bu barədə məlumatsız olduqlarını bildirdi:

"Bu video barədə bizim məlumatımız yoxdur. Məsələ ilə bağlı rəhbərliyə məlumat veriləcək. Mənim açıqlama verməyə ixtiyarım yoxdur".

Mövzu ilə bağlı Təhsil Nazirliyinə; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişik. Hər iki qurumun açıqlamasını yayımlamağa hazırıq.

Qeyd edək ki, video etik qaydalara uyğun olmadığına görə sözügedən görüntüləri yayımlamırıq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz