"Getcontact" proqramı Azərbaycanda bloklandı - SON DƏQİQƏ » Press-az
0

"Getcontact" proqramı Azərbaycanda bloklandı - SON DƏQİQƏ

Baxış: 327
Son günlərdə Azərbaycanda böyük müzakirə mövzusuna çevrilən "Getcontact" nömrə axtarışı proqramı bloklanıb.

Press-az.com xəbər verir ki, hazırda proqramdan istifadə etmək mümkün deyil. Hələlik qurumdan məsələ ilə bağlı açıqlama verilməyib.

Xatırladaq ki, bir müddət öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sözügedən proqramın təhlükəli olması barədə xəbərdarlıq yaymış və bunun istifadəçilərin şəxsi məlumatlarının oğurlanmasına istiqamətləndiyi vurğulanmışdı.

Qeyd edək ki, sözügedən proqram istənilən bir şəxsin nömrəsinin digər şəxslərin kontaktında hansı ad altında yazıldığını göstərirdi.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz