0

Adnan Oktar barədə qərar verildi

Baxış: 3 707

Türkiyənin Radio və Televiziya Ali Şurası ictimaiyyətdə "Adnan Hoca" kimi tanınan Adnan Oktara məxsus "A9" telekanalının yüksək məbləğdə cərimə edilməsi və verilişin yayımının 5 dəfə dayandırılması ilə bağlı qərar verib.

Press-az.com axar.az-a istinadən bildirir ki, buna səbəb Oktarın Dəyanət İşlər Nazirliyi barəsində xoşagəlməz və təhqiredici ifadələr işlətməsi olub.

Şikayətlərdən sonra "Hoca" barəsində araşdırmalara başlanılmış və onun bu yöndə olan ifadələrinin qəbuledilməz olduğu bildirilmişdi.

Qeyd edək ki, son 2 ay 15 gün müddətində Adnan Oktardan şuraya 444 şikayət məktubu ünvanlanıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz