Bakıda Qarabağ əlilini vəhşicəsinə döydülər » Press-az
0

Bakıda Qarabağ əlilini vəhşicəsinə döydülər

Baxış: 568

Bakının Binəqədi rayonunda bir nəfər müəmmalı şəkildə dünyasını dəyişib.

Press-az.com xəbər verir ki, Beynəlxalq Avtovağzal yaxınlığında, Rəşid İsmayılov küçəsində naməlum şəraitdə baş, boyun və bədən nahiyələrindən ağır xəsarətlər alan 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu tapılıb.

O, ərazidə xidmət aparan polislərin köməkliyi ilə xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M. Əhmədov dünyasını dəyişib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsi əməkdaşlarının ilkin məlumatına görə, o, döyülüb. Bununla belə, hadisənin dəqiq səbəbləri araşdırılır.

M.Əhmədov Qarabağ müharibəsi əlili olub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz