0

Novruz çərşənbələrinin vaxtı açıqlandı

Baxış: 1 346

Fevralın 27-də Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Bunu Press-az.com-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktor müavini Xıdır Mikayılov bildirib.

Onun sözlərinə görə, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.

Yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz