0

Bakıda möcüzə: Ovuc boyda uşaq doğuldu

Baxış: 1 999

Azərbaycanda çəkisi cəmi 950 qram olan oğlan uşağı doğulub.

Press-az.com xəbərinə görə, Respublika Müalicə Diaqnostika Mərkəzindən (RMDM) Sputnik.az-a bildiriblər ki, həkimlərə onu xilas etmək və normal vəziyyətə gətirmək müyəssər olub.

Bu, son illər ərzində son dərəcə aşağı çəkisi olan uşağın xilas edilməsi ilə bağlı ilk belə haldır. Bundan əlavə, uşağın özünün doğulması da unikaldır. Çünki adı çəkilməyən ana artıq 8 ildir nikahda olsa da, sistematik uşaq düşməsindən əziyyət çəkirdi.

Artıq 28 yaşı olan qadın bir daha ana ola bilməyəcəyini düşünərək, özünü sonsuz sayırmış. Amma möcüzə baş verib. Hamilə qalan qadın RMDM-ə müraciət edib. Klinikada araşdırma zamanı müəyyən olunub ki, qadın yaxın qohumuna ərə gedib və uşaq düşmələrinin səbəbi də məhz bu faktordur.

Neantoloq Arzu Həsənovanın sözlərinə görə, hamiləliyin 34-cü həftəsində dünyaya gələn körpə dərhal retinopatiya riski ilə bağlı müayinəyə göndərilib, eşitmə qabiliyyəti yoxlanılıb və digər zəruri müayinələr keçirilib. Bütün risklər yoxlanıldıqdan sonra körpə normal çəkiyə çatdırılıb və bir ay sonra RMDM-dən evə buraxılıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz