0

Xalq artistinin qızının adı növbəti dəfə erməni ilə hallandı

Baxış: 2 246

Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzova ABŞ-da yaşayan erməni stilist Elis Ataxanyan tərəfindən ABŞ-da keçirilən ustad dərslərinə dəvət olunub.

Oxu.Az xəbər verir ki, Ş.Novruzova bu barədə sosial şəbəkədə məlumat yayıb. Lakin paylaşımında erməni həmkarının soyadını yazmayıb.

Xatırladaq ki, Ş.Novruzova bundan əvvəl Georgi Kot adlı erməni əsilli stilistlə dostluq etdiyi üçün gündəmə gəlib. Buna görə sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub. Bundan sonra o, G.Kot barəsində “Mən ona erməni deyil, sehirbaz kimi baxıram” deyib. 


 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz