0

Çətirlərinizi unutmayın: Yağış yağacaq

Baxış: 40

Dekabrın 04-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir.

Press-az.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, yarımadada havanın arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Cənub küləyi əsəcək, havanın temperaturu gecə  4-7° isti, gündüz  9-11° isti, Bakıda gecə  5-7° isti, gündüz  9-11° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 774  mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi  rütubət  80-90 % olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacağı gözlənilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz