0

"ANS"-in məşhur aparıcısı işsiz qalıb

Baxış: 1 917

"İşsiz qalmaq yaxşı şey deyil. Həftənin bütün günləri adama "bazar"dır! Templi, gərgin potensialımı ortaya qoya biləcəyim iş axtarırdım. Amma anladım ki, bu indi heç kimə lazım deyil. "

Xanim.az xəbər verir ki, bu sözləri Ans-in məşhur aparıcısı Natiq Nailəoğlu bildirib. O işsizlik problemindən sosial şəbəkədə əməlli-başlı şikayət edib:
"İşsiz qalmağın başqa bir tərəfi də var "dostlar" adamı tərk edir, telefona gələn zənglərin və mesajların sayı azalır, bir müddət sonra isə tamamilə kəsilir. Elə bil gözəgörünməz olursan. Sən hamını görürsən amma heç kim səni görmür, eşitmir. İnanın ki, "dostlar" arasında bəlkə də elələri var ki, "Əşi, işsiz-gücsüz adamdır, yığacam neqativ ötürəcək" deyə düşünür və insanı köhnə əşya kimi bir küncə qoyur. Hələ insanın işsiz qalmasından "kayf" tutan ətrafı da olur (nə qədər gülməli səslənsə də...) Səni yığır özünü dərdinə şərik kimi göstərir amma, gedib başqalarının yanında "Əcəb oldu, daha betər günə qalacaq" deyə ifadələr işlədir. Unudurların ki, işsizlərin də onlar kimi, qulağı var və gec-tez o qulağa hər şey çatır. Yəni işsiz insan nə laldır, nə kordur, nə də kardır. Sözümün canı, indi iş zamanıdır işə düşmək və işi düşmək zamanı yox..."
Qeyd edək ki, aparıcı Ans-dən sonra ARB televiziyasında yayımlanan "Türk maqazin" verlişinin aparıcısı kimi çalışırdı.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz