0

Badamın möcüzəvi faydaları - Cinsi xəstəliklərdə...

Baxış: 1 159

Badam imtina edilməz çərəz növündən biridir. Bəs badamın faydaları nələrdir?

Qanda olan şəkəri tənzimləyir. Bor baxımından zəngindir, sümükləri möhkəmləndirir.

Badam bir Omeqa 3 qaynağı olaraq ürək və damar xəstəliklərinin qarşısını alır. Qanın laxtalanmasına mane olur, təzyiqi və şəkəri tənzimləyir. Tərkibindəki kalsium xolesterolu aşağı salır və sümük əriməsinin qarşısını alır.

Badam eyni zamanda bədəni gücləndirir, dad duyğusunu artırır. O eyni zamanda hamiləlik dönəmində qadınlar üçün çox faydalıdır.

Bizə ilk baxışdan adi görünən bu çərəz sidik yollarında və cinsi orqanlardakı iltihabların aradan qaldırılmasında da əhəmiyyətli rola malikdir.

Xərçəng və infarkt kimi xəstəliklərə qarşı qoruyucudur. Badam yağından quru dəri, saç və dırnaq baxımında da istifadə etmək məsləhətdir.

Sonda onu da xatırladaq ki, acı badamdan istifadə edərkən ehtiyatlı olmaq məsləhətdir. Öskürəyi kəssə də, çox qəbul edildiyi zaman zəhərlənməyə səbəb ola bilər.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz