0

Prezidentliyə daha bir namizədin adı açıqlandı

Baxış: 323
Mərkəzi Seçki Komissiyası (MSK) daha bir nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.

Press-az.com-un məlumatına görə, bu barədə komissiyanın bu gün keçirilən iclasında qərar qəbul olunub.

Bildirilib ki, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən şəxs Ramazan Ələkbər oğlu Bəkirovdur. Bununla prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 13-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçirləcək.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz