0

İlham Əliyev yeni icra başçısı təyin etdi – SƏRƏNCAM

Baxış: 1 329

Azərbaycan Prezidenti İlham Əliyev Yaşar Qəhrəman oğlu Məmmədovun Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb. 

Press-az.com xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Z.Əliyev əvvələr “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində işləyib. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz