0

Prezidentdən iki deputat haqda - SƏRƏNCAM

Baxış: 1 361
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadi Rəcəblinin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Press-az.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hadi Musa oğlu Rəcəbli 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Cəfər oğlu Qasımlı "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, oktyabrın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin 70, bu gün isə deputat Musa Qasımlının 60 yaşı tamam olub. 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz