0

İsmayıllının icra başçısını Rəsul Quliyevlə nə bağlayır?

Baxış: 1 671

 İsmayıllı rayonunda artan narazılıqlarla bağlı ölkə mediasında məlumatlar dərc olunub. Həmin məlumatlarda rayon icra başçısı Mirdaməd Sadıqovun küllü-miqdarda dövlət vəsaitini “yox” etməsi və digər qanunsuz fəaliyyətindən bəhs olunur. Realliq.info olaraq bu mövzuda araşdırmalarımız davam edir və yaxın gələcəkdə ətraflı məlumat verəcəyik. Bu yazıda sayta daxil olan və təsdiqini tapan ilginc bir məsələ ilə bağlı faktlara diqqət edək.


Realliq.info – nun araşdırmaları zamanı İsmayıllı rayon icra hakimiyyəti başçısının gizli fəaliyyəti aşkara çıxıb. Belə ki, icra başçısı Mirdaməd Sadıqov hakimiyyətə əks cəbhədə dayanan və hazırda xarici ölkədə sığınacaq alan keçmiş spiker Rəsul Quliyevin yaxınları ilə sıx münasibət qurmaqla iqtidara xəyanət etməkdədir. Bu fakta nəzər salmazdan öncə Mirdaməd Sadıqovun rəsmi sənədlərdə qeyd olunan fəaliyyətinə nəzər salaq:
Sadıqov Mirdaməd Mirsadıq oğlu 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnsititunu bitirib. Həmin təhsil ocağının maliyyə-kredit kafedrasında baş pereporator, laborant və baş laborant olub[1].

1977-ci ildən 1982-ci ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutu komsomol komitəsinin katibi vəzifəsində çalışıb. 1982-ci ildə maliyyə-kredit kafedrasının baş müəllimi və iqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib[2].
1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru (Azərbaycan Maliyyə-İqtisad Kolleci) olub.
1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilib.
2008-ci ildə Vergilər Nazirliyi vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzinin baş idarə rəisi vəzifəsində çalışıb.
2008-ci il noyabr ayının 21-də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.
İqtisad elmləri doktoru, professordur. Ailəlidir. 4 övlad atasıdır.
1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
14 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilmişdir[3].
14 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdir[4].

Biz bu məlumatları təsadüfən xatırlatmadıq. 2008- ci ildə Azərbaycan Aqrar Universitetinə rektor təyin olunan M.Sadıqov təhsil ocağınnda RƏSULÇULARI vəzifə ilə təmin etməkdən çəkinməyib. Belə ki, 2001 – 2003 –cü illərdə Rəsul Quliyevin sədri olduğu partiyanın Gəncə şöbəsində rəhbər olan və partiya sədrinin müşaviri olan Elman Mövsümov 2010 –cu ildə Aqrar Universitetinin rektoru tərəfindən vəzifə ilə təmin edildi. Həmin vaxtlarda təhsil ocağına rəhbərlik edən Mirdaməd Sadıqov Rəsul Quliyevin müşavirini kafedra müdiri kimi vəzifəyə təyin etməklə iqtidara olan münasibətini ortaya qoymuş oldu. Bununla kifayətlənməyən M.Sadıqov rəsulçu olan digər şəxsləri də Aqrar Universitetdə işlə təmin edərək sabiq spikerə sadiqliyini göstərdi. Realliq.info – nun araşdırmaları zamanı məlum olur ki, hazırda universitetdə kafedra müdiri işləyən Elman Mövsümov Rəsul Quliyevin yaxın dostu olmaqla yanaşı həm də 2001 və 2003 – cü illərdə Gəncədə hakimiyyətə qarşı mitinqlərin əsas təşkilatçısı olub.

2014 – cü ildə İsmayıllı rayonuna icra başçısı təyin olunan Mirdaməd Sadıqovun rəsulçularla münasibətləri və gizli görüşləri davam edir. Realliq.info saytının əməkdaşlarının apardığı araşdırmalar zamanı aydın olub ki, icra başçısı Rəsul Quliyevin dostlarının təşkil etdiyi məclislərdə “ağsaqqal” rolunda iştirak edir və sabiq spikerin yaxınlarına dəstək olmaqda davam edir.
Yazıda adı keçən şəxslərin fikirlərini öyrənməyə və dərc etməyə hazırıq.
Araşdırmalarımız davam edir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz