0

ZƏVVARLARI İSTİSMAR EDƏN ŞİRKƏT VƏ QRUP RƏHBƏRLƏRİ HAQQINDA ŞOK FAKTLAR (VİDEO)

Baxış: 1 836

  

Mən bir zəvvar olaraq İraq şəhərində gördüklərimdən, yəni bu sadaladığım və araşdıraraq tanıdığım (MM.CİTY TRAVEL, KARVANTUR, NUR TRAVEL, FURQAN TRAVEL, RƏHİM16 – QAİM313) şirkətlərin və ya şirkət adı ilə çalışanların İraqın Nəcəf və Kərbəla şəhərində Azərbaycandan apardıqları zəvvarların Qrup Rəhbərləri başlarına nə oyunlar açdıqlarından bu yazımda bəhs edəcəyəm. 2015-ci ildə MTN nəzarətində fəaliyyət göstərən bu altı şirkət iki əldə birləşmişdi. Bunlar soyadı bizə məlum olmayan Xəyyam və Mirzə adlı Hicaz tur şirkətinin sahibləri idi. Bu şirkət uzun illərdi ki, ən baha qiymətə zəvvarları Kərbəlaya və Məşhədə ziyarətə aparırdı. Kimlərsə bunlara rəqib yox,sanki bu şirkətin işçisi kimi qəpik quruşa zəvvar aparırdı.Bu miqdarda pul Hicaz MMC-yə qalırdı. Onlarda bildirirdi ki, bu pulun böyük əksəriyyəti MTN-ə çatır. Kimsə özü şirkət aça bilməz,fərdi qaydada zəvvar apara bilməz,əks təqdirdə MTN onun cəzalandırılması ilə hədələnirdi. Dövran dəyişdi, MTN ləğv olundu bu işləri görənlər 5-6 şirkət oldu və 2015-ci ildən ziyarətə adam yığıb aparırlar. Həmin şirkətlərin İmam Hüseynin 40 mərasiminə gedən zəvarları necə istismar etməsindən yazacam .

  • Ərbəin ziyarətinə gedərkən ilk ziyarətimiz Məşhəd oldu. Əslən Azərbaycandan olan Seyyid Babayi adlı yaşlı bir kişi ilə və Gümüş satışı ilə məşğul olan satıcı  Seyyidlə və hicab kalağayı satan mağazanın sahibi Məsud ilə həmsöhbət oldum.  Həmin insanları tanımağıma çox peşiman oldum. Onların dediklərindən bir Azərbaycanlı olaraq xəcalət çəkdim. Onlar deyirdi: “Azərbaycandan gələn bəzi qrup rəhbərləri yalançı, fırıldaqçı və s.  Axı bu Azərbaycandan gələn qrup rəhbərləri niyə belə edir?”
  • Sizə təqdim edəcəyim videoda daha ətraflı baxıb gorəcəksiniz.
  •  
  • Karvantur adlı şirkəti çalışdıran Xəyyam və İbrahim adlı şəxslərdir. Həmin Xəyyam haqqında başlıqda qeyd etmişəm. MTN dağılandan sonra bu Mirzədən ayrılaraq fərdi zəvvar yığıb Kərbəla şəhərinə apardı. Həmin il zəvvarlara bir çox çətinliklər yaşadan Xəyyam birinci otel problemləri,maşın qaytmaq problemləri oldu hətta zəvvarlardan Xəyyamı döyən də oldu. Bizim məlumatımıza görə Xəyyam ölümlədə hədələndi. Bir sözlə  Xəyyam 2015 və 2016 cı illərdə Kərbəlaya gedən bir çox zəvvarları aldadaraq,onlara yalanlar deyərək ,yüz mindən çox pullarını mənimsəmişdir.
  • Onun haqqında bir neçə dəfə şikayətlərin olmasına baxmayaraq bu kimi insanlar hələ də öz işlərindədir. Özü isə bildirir ki, “Mənim arxamda məmurlardan duran var və mən onlara tas verirəm.”
  • Hacı Təvəkkül adlı şəxs Nur şirkəti ilə çalışır.  Yazıya sığmayan fIrıldaqlarının çoxluğundan 2017- ci ilin may  və noyabr ayında Ərbəində baş verən qısaca yazıyla baş verənlər haqqında video təqdim edəcəyik.  İraqın Kərbəla şəhərində camaatı küçədə qoyan Təvəkkül avtobus şoferlərin öz məharəti ilə Xəyyamı, İbrahimi və s geridə qoyaraq necə aldatmışdır.
  • Şoferlərlə azacıq sohbetimdən yazıram. Əvvəl deyib ki, pulunuzu Astara gömrüyündə verəcəyəm. Sonra deyib ki,milli pul olduğundan verə bilmir dollara çevirib verəcəyəm. İraqa çatdıqda isə yenə də deyib ki ,pul bura çata bilmədiyindən dostum -qardaşım pulu təyyarə ilə İraqın Nəcəf şəhərinə gətirəcək və orda pulu sizə verəcəyəm. Nəcəfdə isə şoferlərə şok etirafını edir. Ne pul? Pulu Azərbaycanda Bakıda düşəndə verəcəyəm. Sonra isə deyib ki, Mən pulu borclarıma vermişəm. Nə az ,nə çox 230-240 nəfər zəvvarı Kərbəla çöllərində avara buraxaraq orda qoymuşdur. Zəvvarlar yenidən öz vətənlərinə qayıtmaq üçün pul yığaraq geri dönmüşdülər. Pulu borclarıma vermişəm deməyi isə guya may ayında aldatdığı zəvvarlara və Kərbəlada yandırdığı Hotelə verəcəkmiş. Bu adam haqqında ölkə mediasında yazılar getməsinə baxmayaraq ,çoxsaylı zəvvarların şikayət etməsinə baxmayaraq hələ də qanun qarşısında cavab verməyiblər

 


  • Sonda qeyd edim ki, bu haqda yazılar dərc edəcəyik. Əsas məqsədimiz insanlar müqəddəs ziyarətlərə gedərkən qadın, kişi, yaşlı demədən bunların dələduzluğunun qurbanı olub  küçədə, gömrükdə ən əsası yarı yolda qalıb qərib ölkədə əzilməsinlər. Bu yazıda adlarını qeyd etdiyim şirkətlər məmur adlar çəkir bildirir ki, hər ay tas veririk nə etsək cəza tədbiri görülməz. Bu cəzasızlıq isə zəvvarların zaloq qalması və yaxudda qərib ölkədə başdıbaşına qalması ilə nəticlənir. AdiyYatı orqanlardan xahiş edirik  ki,bu ziyarət rəhbərlərinin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün tədbir görsünlər.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz