Главная > Ölkə / Ümumi > Sabah hava belə olacaq: Proqnoz açıqlandı

Sabah hava belə olacaq: Proqnoz açıqlandı


7-10-2018, 20:24.

Sabah hava belə olacaq: Proqnoz açıqlandı

Ölkə ərazisində oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Press-az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 18-21° isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Temperaturun gecə 8-13°, gündüz 25-30° isti təşkil edəcəyi gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13° isti olacağı ehtimalı var. 
Вернуться назад