Главная > Ölkə / GÜNDƏM > ATƏT-in iclasında Qarabağ müzakirə olunacaq

ATƏT-in iclasında Qarabağ müzakirə olunacaq


30-05-2018, 19:58.

7-11 iyun tarixində Berlində keçiriləcək ATƏT-in Parlament Assambleyasının bu ilki iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə masasına çıxarılacaq.

Press-az.com qurumun saytına istinadən xəbər verir ki, sessiyada “ATƏT-in öz öhdəliklərini yerinə yetirməsi: parlamentin rolu” adlı hesabatı oxunacaq.

Sənədin müəllifi ATƏT PA-nın Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Kristian Viqenindir.

Hesabata görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hər hansı irəliləyişin olmaması və son bir neçə il ərzində atəşkəs rejiminin pozulması narahatlığa səbəb olur.

“Növbəti silahlı toqquşmanın baş verməməsi və situasiyanın yenidən gərginləşməməsi üçün tərəflərin danışıqlar masasına qayıtması vacibdir. ATƏT vəziyyətin sabitləşdirilməsi və hərtərəfli sülh razılaşması üzərində işlərin aparılması üçün bütün mexanizmləri o cümlədən Minsk qrupu və Parlament Assambleyasını səfərbər etməlidir”, -deyə hesabatda qeyd olunur.


Вернуться назад