Главная > Ölkə / Araşdırma > Bakıdan Antalyaya uçuşlar dayandırılıb? - AÇIQLAMA

Bakıdan Antalyaya uçuşlar dayandırılıb? - AÇIQLAMA


15-05-2018, 16:54.

Azərbaycan Turizm Assosiasiyası AZAL-ın Antalyaya uçuşları dayandırması barədə gəzən söz-söhbətlərlə münasibət bildirib.

Press-az.com xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyası (AZTA) son dövrlər “Buta Airways” tərəfindən  kurort şəhəri olan Antalyaya uçuşların dayandırılması barədə gəzən söz-söhbətlərlə bağlı yerli turistlərə müraciət edib: 

“Heç bir reys ləğv olunmayıb!”

“Buta Airways” uçuş istiqamətlərini tələbə uyğun olaraq seçib və  prioritet istiqamətlərdən biri də Alanyada yerləşən Gazipaşa hava limanıdır. Şirkət sentyabr ayından uçuşların başlaması üçün hava limanı ilə danışıqlar aparmağa başlayıb.

Antalya hava limanından fərqli olaraq, Gazipaşada xidmət haqqının xeyli ucuz olması danışıqların səbəbidir. 

Lakin danışıqlarda baş verən texniki problemlərə görə, uçuşların müvəqqəti olaraq Antalya hava limanında həyata keçirilməsi qərara alınıb. Buna səbəb də bu istiqamətdə uçuşların davamlılığını təmin etməkdir.

Keçən ilin mart ayında “Buta Airways” şirkətinin 7 iyun tarixindən Alanyaya uçuşlar həyata keçirəcəyi haqqında məlumat yayıldı. Amma bu istiqamətdə uçuşlar əvvəlcədən planlaşdırılmadığı üçün heç bir reys ləğv olunmayıb.

Antalyaya reyslər “Azerbaijan Airlines” (hər gün) və “Turkish Airlines” (həftədə iki dəfə) tərəfindən həyata keçiriləcək. Yüksək tələbi nəzərə alaraq Antalyaya gündəlik çarter reyslər təşkil olunacaq.

Antalya və Alanyadan başqa, birbaşa uçuşlar Bodrum, İzmir, Dalaman kimi kurort şəhərlərinə də təşkil olunacaq.

Beləliklə, azərbaycanlı turistlər üçün ənənəvi olan kurortlardan başqa yeni istiqamətə - Alanyaya da uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC AZTA-nın idarə heyətinin üzvüdür.


Вернуться назад