Главная > Ölkə / İdman > Pirlo İtaliya yığmasında

Pirlo İtaliya yığmasında


10-05-2018, 16:52.

“Milan”, “Yuventus” və “İnter” kimi klubların formasını geyinmiş sabiq yarımmüdafiəçi Andrea Pirlo İtaliya yığmasında Roberto Mançiniyə yardım edəcək. 

Press-az.com bununla bağlı Calciomercato.com-a istinadla məlumat verir. 

Hazırda Rusiyanın “Zenit” klubunun baş məşqçisi olan Mançinin mayın 20-də İtaliya yığmasının sükanı arxasına keçəcəyi gözlənilir. 38 yaşlı Pirlo ilk dəfə məşqçilik edəcək. 

Qeyd edək ki, İtaliya millisinin tərkibində 2006-cı ildə dünya çempionu olmuş futbolçu 2017-ci ilin oktyabrında karyerasını başa vurduğunu açıqlamışdı. 


Вернуться назад