Главная > Ölkə / Islam > Azərbaycanda imamlar 400 manat maddi dəstək alacaq

Azərbaycanda imamlar 400 manat maddi dəstək alacaq


1-05-2018, 18:33.

Maddi dəstək alacaq din xadimlərinin siyahısı artıq dəqiqləşib. İmamlar 400 manatdan yuxarı, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arası maddi dəstək alacaq

Press-az.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri əlavə edib ki, siyahıda ümumilikdə 1000-dən çox din xadiminin adı var: 

“İmamlar 400 manatdan yuxarı, imam naibləri 300-dən yuxarı, mütəvəlliləri isə 220-250 manat arası maddi dəstək alacaq. Naxçıvanda çalışan 200-ə yaxın din xadimi də maddi dəstək alacaq”. 

Onun sözlərinə görə, siyahıya əsasən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər:

“Bakı və Bakıətrafı qəsəbələrdə maddi vəsait alacaq din xadimlərinin siyahısı tam hazırdır, Naxçıvan Muxtar Respublikası da siyahını təqdim edib. Yaxın günlərdə maddi vəsait din xadimlərinə ödəniləcək”.


Вернуться назад