Главная > Ölkə / Müsahibə > Ramiz Məlik: Nə qədər qayınana, baldız mövzulu serial çəkmək olar?!

Ramiz Məlik: Nə qədər qayınana, baldız mövzulu serial çəkmək olar?!


30-04-2018, 20:15.

Xalq artisti Ramiz Məlik tədbirlərin birində görüntülənib.

Press-az.com suallarını cavablandıran sənətkar serialların Azərbaycan kinosunun imicini korladığını bildirib:

“Əvvəlki filmlərimizi sənətkarlarımız çəkib və orada korifey sənətçilər rol alıb. İndiyədək həmin filmlər telekanallarda nümayiş olunanda çox böyük məmnuniyyətlə ona baxırlar. Ancaq çox təəssüf ki, son zamanlar bayağı seriallar nümayiş olunur, onlar Azərbaycan kinosunun imicini aşağı salır.

Nə qədər qayınana, qayın, baldız mövzulu serial çəkmək olar? Xalqımızın dərdi, bizi maraqlandıran və düşündürən problemlər, qəhrəmanlar var. İstərdim ki, sənətkar kimi dediklərimi nəzərə alıb, bu mövzuda seriallar çəksinlər”. 

Xalq artisti seriallardan gələn təklifləri rədd etdiyini deyib:

“5-6 serial təklifi gəlib, baxmışam ki, bayağı və məişət mövsuzudur, geri çevirmişəm. Bir də soruşmuşam ki, sizin serialda kimlər çəkiləcək. Deyir ki, filan-filan müğənnilər. Demişəm ki, elə müğənnidirsə, gedin, bütün filarmoniyanı çəkin, məni niyə axtarırsınız?”.


Вернуться назад