Главная > Ölkə > Kanalizasiyası Duz gölünə axıdılan “Qurtuluş-93”də əhali ayağa qalxır – FANTASTİK AYLIQ KOMMUNAL ÖDƏNİŞLƏRƏ GÖRƏ

Kanalizasiyası Duz gölünə axıdılan “Qurtuluş-93”də əhali ayağa qalxır – FANTASTİK AYLIQ KOMMUNAL ÖDƏNİŞLƏRƏ GÖRƏ


9-01-2018, 14:23.
Zaman-zaman mediada “QURTULUŞ 93 yaşayış kompleksi”ndə baş verən özbaşınalıqlarla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olmaqdadır. Bu şikayətlərdən biri də bu yaşayış kompleksində Respublika standartlarına sığımayan, bütün qanunları tapdalayan qiymət siyasəti ilə bağlıdır.

Şikayətçinin qeyd etdiyinə görə 75 kv/m ev üçün aylıq 70 manat kommunal ödəyir. İlin 5 ayı 70 manat, 7 ayı isə 30 manat. Bu təxminən hər kvadrat metr üçün 1 manat edir. Bakının tam mərkəzində, ən bahalı yaşayış kompekslərində hər kv/m görə ən çox kommunal 0.20 manatdır.

Ancaq Bakının mərkəzində alınan aylıq kommunala görə müəyyən xidmətlər də göstərilir. Bura təhlükəsizlik, zibil daşıma, təmizlik və s kommunal xidmətlər aiddir. “QURTULUŞ 93 yaşayış kompleksi”ndə isə JEK işçiləri “Biz Hacının qohumlarıyıq” deyib sakinləri əzməklə məşğuldurlar. Ölkədə qiymətə nəzarət edən aidiyyatı qurumlar bu məsələyə cəlb olunmalı, Cənab Prezidentin hər dəfə altını çizərək qeyd etdiyi süni qiymət artımına qarşı lazımi tədbirləri görməlidirlər. Aylıq hər kv/m görə 1 manat yığılan “JEK”in gəlirlərinin fantastik məbləğə çatması artıq hər kəsə bəllidir.

Digər bir problem isə kompleksdə olan natəmizliklə bağlıdır. Bu kompleksdə yaşayan özlərini zooparkdakı kimi hiss edirlər. Bio aləmə məlum olmayan bütün növ həşəratlara buradakı yaşayış binalarında rast gəlmək mümkündür.

Bundan başqa moderatora ünvanlanan məktubda qeyd olunur ki, burada olan problemlərin əlindən biz sakinlər artıq boğaza yığılılblar. “Buradakı problemlər o qədər dərindir ki, bir çox şəxslər bu problemlərin əlindən mənzillərini satıb qaçıb getmişlər, satha-satsa hələ də davam edir.Hörmətli redaksiya, neçə illərdir QURTULUŞ 93 yaşayış kompleksində yaşamağımıza baxmayaraq burada sakinlər sanki feodal dövründə olduğu kimi mavi qaz üzünə həsrət qalıblar. Gündəlik tələbatlarımızı ödəmək üçün istifadəsi nə qədər təhlükəli olsa da balon qazlarından istifadə edirik. Hər ay ışıq puluna verdiyimiz məbləğlər, müxtəlif kommunal xərclərə və avtobusun həddən artıq gec gəlməsi səbəbindən məcburiyyət qarşısında işə gecikməmək üçün taksilərə verdiyimiz pullarla şəhərin istənilən yerində kirayə qala bilərik. Biz özümüz öz evimizdə kirayə yaşamağa məhkum edilmişik. Bu günkü dövrdə hətta ucqar kəndlərə qaz çəkildiyi halda bizim düşdüyümüz durum biabırçılıqdır. Evlərdə istifadə edilən qaz balonlarının həddən artıq təhlükəli olduğunu bütün ailələrimizin təhlükədə olduğunu bilə-bilə əksəriyyət sakinlər bu balonlardan istifadə edir. Bu səbədən qaz balonlarının sızması və partlaması səbəbindən bir-neçə mənzil yanıb kül olub. QURTULUŞ 93 yaşayış kompleksinin ətrafında olan digər şirkətlər isə tikdirdikləri binaları qazla təmin ediblər, hətta hər bir sakinin evinə kupça-çıxarış veriblər. Lakin biz dəfələrlə rəhbərliyə müraciət etməyimizə baxmayaraq hər dəfə bu il –gələn il deməklə bizi yalançı vədlərlə aldadırlar. Hər dəfə bizə ev satan şəxslər səbəb onu gətirirlər ki, binalara qaz çəkmək üçün əlaqədar təşkilatlar guya onlardan külli miqdarda pul istəyir. Biz həmin əlaqədar təşkilatlardan (şəxslərdən) xahiş edirik bizə qaz çəkilməyinə köməklik edin. İş olanda birdən olur. Kustar üsulla düzlədilmiş heç bir təhlükəsizlik standartlarına cavab verməyən qaz balonlarından istifadə etməklə gələcəyimiz olan övladlarımızı və ailəmizi böyük təhlükə qarşısında qoymuş oluruq. Tikilən binaların dövlət komisiyasına təhvil verilməməsi aldığımız evlərin gələcəkdə kupça-çıxarış məsələsinin necə olacağına böyük sual yaradır. Heç kim fikirləşmir ki, bu qədər bina tikib satmışıq, fantastik pullar qazanmışıq, ancaq bunun qaz çəkilişini, nəqliyyat məsələsini və gələcəkdə hər bir mənzilin kupça-çıxarış məsələsini necə həll edəcəyik…

Hörmətli redaksiya, problemlər bitməklə qurtarmır. Belə ki, “Qurtuluş 93 yaşayış kompleksi”ndə camaatın istirahəti üçün nəzərdə tutulan parkın ərazisində restoran, çayxana, “moyka” və s. müxtəlif mağazalar tikməklə camaatın istirahətinə qənim kəsiliblər. Açıq havada fəaliyyət göstərən restoran və çayxanalarda müxtəlif səviyyəli insanlar küçə söyüşlərindən istifadə etməklə ətrafda böyük səs-küy yaradırlar. Utandığımızdan arvad – uşağın parka çıxmasına icazə vermirik.

Hörmətli redaksiya, xahiş edirik bizlərə problemlərimizin həllində öz xəbər portalınız vasitəsilə köməklik göstərəsiniz.

Hörmətli redaksiya, bizlərə edilə biləcək müxtəlif tipli təzyiqləri nəzərə alaraq müraciət edənlərin adlarının çəkilməməsini sizdən xahiş edirik.

Hörmətlə: Masazır qəsəbəsi “Qurtulu 93 yaşayış kompleksi”nin bir qrup sakinləri adından…(xahişi nəzərə alaraq ad-soyadları yazmırıq, amma ümid edirik ki, problemi işıqlandırmağımız bir işə yarayacaq)”

“Qurtuluş-93”-ün kanalizasiya suları Duz gölünə axıdılır! – İş adamlarının kriminal davası

Artıq bir neçə aydır Azərbaycan mətbuatında Ukraynada yaşayan iş adamı Nazim Qəzənfərovun şəriki Məhərrəm Novruzov tərəfindən aldadılaraq əmlakının əlindən alınması haqqında məlumatlar yayılır. N.Qəzənfərov Azərbaycan mətbuatı vasitəsi ilə (xüsusən də “Bizim yol” qəzeti) problemi ictimailəşdirərək M.Novruzovun əməlləri barədə hüquq-mühafizə orqanlarının tədbir görməsini xahiş edir.
Bir həftə əvvəl isə N.Qəzənfərov məhz M.Novruzovu himayə edən yüksək ranqlı məmurların mövcudluğuna ehyam vuraraq Azərbaycanda yaşayan ailəsinə (qardaşının həbsi, sonradan buraxılması) qarşı başladılan təziqlərlə bağlı Daxili işlər naziri Ramil Usubova müraciət edib.

Bu müraciətdən sonra M.Novruzov sahibi olduğu “Qurtuluş-93” Yaşayış Kompleksinin mətbuat katibi Turqay Abbaslı vasitəsi ilə özünü müdafiə etdirməyə çalışıb.

N.Qəzənfərov isə göndərdiyi müraciətində M.Novruzovun adından yayılan cavab açıqlamasının həqiqətə uyğun olmadığını söyləyir.

N.Qəzənfərovun xezernews-a müraciətini olduğu kimi təqdim edirik:

Hörmətli redaksiya!

Əvvəla, Ukraynanın Lvov şəhərində tikdiyim binanın sökülməsi ilə bağlı M.Novruzovun yaydığı informasiyalar qeyri-dəqiqdir, ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Aşağıda təqdim etdiyim fotolardan da göründüyü kimi bina yerindədir və heç kim tərəfindən sökülməyib. M.Novruzov gördüyünüz bu binanı düz 1 il əvvəl Bakıdakı general dostuna (həmin generalın kimliyini bilirəm, sadəcə etika xatirinə hələlik adını hallandırmağa ehtiyac görmürəm) arxalanıb məni “Azərbaycandakı qohumlarımı həbs etdirmək”, Ukranyada özünə yaxın kriminal aləmin nümayəndələrinin əli ilə öldürəcəyilə hədələyərək digər bir ukranyalı iş adamına satmağa məcbur etmişdir. Satışdan əldə olunan vəsait bilavasitə M.Novruzova çatmışdır. M.Novruzov daha sonra iddia edir ki, sözügedən bina qeyri-qanuni tikilib. Əgər həqiqətən də belədirsə, onda M.Novruzov bu binanı başqa bir iş adamına (həm də ukraynalıya) necə satıb?
İkincisi, M.Novruzov mənə təzyiq məqsədi ilə qardaşımın polis tərəfindən Şabran rayon Polis İdarəsinə, oradan da Bakıya aparılmasını təzkib edir. Yaxşı, M.Novruzov general dostunun köməyi ilə mənə və ailəmə qarşı təzyiqlər göstərməyibsə bütün bunları haradan bilir? Bildiyim qədər ilə M.Novruzov polis orqanlarına çalışmır.

Üçüncüsü, M.Novruzov iddia edir ki, mənim yaxın qohumlarım bu gün də onun obyektlərində çalışır. Əgər belədirsə, buyursun, konkret ad çəksin.

Dördüncüsü, M.Novruzov iddia edir ki, Həcc ziyarətində olub, hansısa qeyri-müəyyən xeyriyyə işləri ilə məşğuldur və s. Əlbəttə, Həcc ziyarəti müqəddəsdir, onu heç kim dana bilməz. Ancaq bir həqiqi Hacı illərlə iş gördüyü, sonradan malını və pulunu qəsb etdiyi şərikini, onun xanımını, övladılarını iyrənc söyüşlərlə söyə bilərmi? M.Novruzovun özümə, ailəmə WhatsApp vasitəsilə etdiyi söyüşləri, təhqirləri, ölüm hədələrini sübut kimi saxlayıram və zamanında onları da həm hüquq-mühafizə orqanlarına, həm də media vasitəsilə Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıracağam.

Bu arada Nazim Qəzənfərov Lvov şəhəri, Liçakovski küçəsi, 259-da yerləşən binanın kanalizasiya xətti ilə bağlı Məhərrəm Novruzovla aralarında baş verən maraqlı bir dialoqu da xatırladır. N.Qəzənfərov bildirir ki, məlum bina hazır olandan sonra 500 metr məsafədən kanalizasiya xətti çəkməli idik. M.Novruzov bildirdi ki, o qədər pul xərcləyib 500 metr məsafədən kanalizasiya xətti çəkməkdənsə, kanalizasiyanı binanın arxasından keçən qrunt və bulaq sularından yaranmış kiçik çaya qoşaq: “Əlbəttə, mən bunun cinayət olduğunu bildirdim və o mənim sözümə gülərək dedi: “Mən o boyda “Qurtuluş 93”-ün ana kanalizasiya xəttini gizli yolla “Duzlu gölə” qoşmuşam və heç bir problem də yoxdu”. Sözün düzü bu məni şoka saldı. Müalicə əhəmiyyətli “Duz göl”ü çirkaba bulaşdırmağı gələcək nəsillər bizə bağışlamaz. Fikirləşəndə ki, “Duz göl”ün digər tərəfində çox yüksək səviyyəli xörək duzu istehsal olunur, məni dəhşət bürüdü. Yeri gəlmişkən, Azərbaycanın müvafiq dövlət qurumları M.Novruzovun verdiyi bu informasiyanın nə qədər həqiqət olduğunu araşdırmalıdırlar”.

Sonda N.Qəzənfərov bildirir ki, M.Novruzov 3 il əvvəl ona tikdiyi ev, otel, restoranların pulunu vermək əvəzinə sözügedən obyektləri guya keyfiyyətsizdir adı altında rənglətdirir, lazımsız təmirlər etdirir.
Вернуться назад