0

Ən çox “yeyən” universitetlərimiz məlum oldu - korrupsiya halları davam edir

Baxış: 654

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb

Press-az.com A24.az-a istinadən xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi universitetlərlə bağlı aprel ayı üzrə məlumatları təqdim edir.

2017-ci ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 8441 xəbər yerləşdirilib. Bunlardan 6 xəbər mənfi, 14 xəbər müsbət, 8421 xəbər isə neytraldır. Mənfi xəbərlər Texnologiya Universiteti (2 xəbər – rektorun təhsil ocağına nəzarəti itirməsi iddiası), Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (2 xəbər – rektorun kadr təmizləmə siyasəti) və Gəncə Dövlət Universitetinə (2 xəbər – universitetdə şok saxtakarlıq) məxsusdur. Müsbət xəbərlər arasında lider isə Moskva Dövlət Universitetinin Bakı filialıdır (9 xəbər – rektorun “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülməsi).



Xəbər sayına görə sıralama:



1 Bakı Dövlət Universiteti 976 xəbər
2 Azərbaycan Tibb Universiteti 588 xəbər
3 Azərbaycan Dillər Universiteti 503 xəbər
4 Dövlət İqtisad Universiteti 489 xəbər
5 Azərbaycan Texniki Universiteti 442 xəbər
6 Dövlət Mədəniyyət və İncəsənət Universiteti 425 xəbər
7 Dövlət Neft və Sənaye Universiteti 389 xəbər
8 Dövlət Pedaqoji Universiteti 334 xəbər
9 Bakı Slavyan Universiteti 311 xəbər
10 Bakı Ali Neft Məktəbi 304 xəbər


Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2052 neytral xəbər dərc edilib. Bunlardan 9 xəbər müsbət, 2043 xəbər isə neytraldır. Müsbət xəbərlər isə Moskva Dövlət Universitetinin Bakı filialı (7 xəbər – rektor Nərgiz Paşayevanın “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülməsi) və Bakı Dövlət Universitetinə (2 xəbər – rektorun beynəlxalq mükafata layiq görülməsi) məxsusdur. Aprel ayında yazılı mətbuatda universitetlərlə bağlı mənfi xəbər dərc olunmayıb.



Xəbər sayına görə sıralama:



1 Bakı Dövlət Universiteti 268 xəbər
2 Dövlət İqtisad Universiteti 143 xəbər
3 Dövlət Mədəniyyət və İncəsənət Universiteti 132 xəbər
4 Azərbaycan Tibb Universiteti 115 xəbər
5 Azərbaycan Texniki Universiteti 96 xəbər
6 Dövlət Pedaqoji Universiteti 94 xəbər
7 Bakı Slavyan Universiteti 87 xəbər
8 Bakı Ali Neft Məktəbi 82 xəbər
9 Naxçıvan Dövlət Universiteti 82 xəbər
10 Moskva Dövlət Universitetinin Bakı filialı 77 xəbər




Aprel ayında televiziya kanallarında universitetlər haqqında 458 xəbər göstərilib.



Xəbər sayına görə sıralama:



1 Bakı Dövlət Universiteti 78 xəbər
2 ADA Universiteti 46 xəbər
3 Dövlət Rəssamlıq Akademiyası 36 xəbər
4 Azərbaycan Tibb Universiteti 35 xəbər
5 Azərbaycan Texniki Universiteti 25 xəbər
6 Dövlət Aqrar Universiteti 24 xəbər
7 Memarlıq və İnşaat Universiteti 20 xəbər
8 Dövlət İqtisad Universiteti 19 xəbər
9 Azərbaycan Dillər Universiteti 16 xəbər
10 Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 16 xəbər

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz