0

Nəsimi rayon məktəbliləri növbəti dəfə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edəcəklər

Baxış: 69
  • Nəsimi rayon məktəbliləri növbəti dəfə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edəcəklər

  • Nəsimi rayon məktəbliləri növbəti dəfə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edəcəklərAzərbaycan   Respublikasının   Prezidenti   cənab   İlham   Əliyevin   tapşırığınaəsasən   14-17  noyabr   2018-ci   il   tarixlərdə   «Ölkəmizi   tanıyaq» devizi   iləyeniyetmələrin   respublikamızın   müxtəlif   rayonları   ilə   tanışlığı   üçün   növbəti maarifləndirici   tur-aksiyası   təşkil   olunmuşdur.   Bu   tur   aksiyada   Nəsimi   rayonməktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına səfər edəcəklər."Ölkəmizi   tanıyaq"   adı   altında   maarifləndirici   tur   –aksiyada iştirakedəcək Nəsimi rayon məktəbliləri ilə İcra Hakimiyyətində  məktəb direktorlarının,valideynlərin,   veteranların   və   ictimaiyyət   nümayəndələrinin   iştirakı   ilə   görüşkeçirilmişdir.Görüşdə   çıxış   edən Nəsimi   rayon   İcra   Hakimiyyətinin   Başçısı   AsifƏsgərov şagirdlərə   turun   məqsədi   barədə   məlumat   vermiş,   ölkə   başçısı   cənabİlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi vəfiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinində   həmin   tədbirlər   çərçivəsində   olduğunu   vurğulamışdır.   Bildirmişdir   ki,Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi   inkişafı,   gündən-günə   abadlaşan   regionların,     şəhər   və   rayonlarımızınyeniləşən siması ilə şəhər məktəblilərinin yaxından tanış olması onlarda xüsusitəsüratlar yaradacaqdır.  Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan XalqCümhuriyyətinin 100 illiyinin qeyd edilməsi və Azərbaycanın üçüncü peyki olan“Azərspace-2” peykinin orbitə buraxılması xalqımızın tarixinə yazılmış əlamətdartarixlərdir.   Bu   gün   Azərbaycanın   üç   rəngli   bayrağının   Lələ   Təpədə,   “BöyükQayıdışın”  ilk  müjdəsi olan  Cocuq Mərcanlı  kəndində  dalğalanması və  SilahlıQüvvələrin hərbi paradının keçirilməsi Azərbaycan xalqının, xüsusilə gənclərinqürur mənbəyidir.Natiq  çıxışına   davam   edərək   “Əsrin   müqaviləsi”  adını   almış  neft   kontraktınınvaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, istifadəyəverilmiş   Bakı-Tbilisi-Qars   dəmir   yolunun,   Ələt   Beynəlxalq   Dəniz   TicarətLimanının   əhəmiyyəti   barədə   görüş   iştirakçılarına   geniş   məlumat   vermiş,Azərbaycan  Respublikasının   Prezidenti  cənab  İlham   Əliyevin   və   Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanıninkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuzmüayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçın və məcburi köçkünlərə,aztəminatlı   ailələrə,   internat   və   qocalar   evlərində   yaşayanlara   qayğısını   xüsusivurğulamışdır.Natiq bildirmişdir ki, tur aksiya zamanı məktəblilərin Gəncə şəhərində  QədimQala divarlarına, Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi adına mərkəzə,Cavad xan   Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Xan bağına,Amfiteatra,  Gəncə Dövlət  Filarmoniyasına , Gəncə bulvarına, Gəncə avtomobilzavoduna, Göygöl rayonunda Hacıkənd qəsəbəsi və Göygöl milli parkına, Şəmkirrayonunda   Abidələr   parkına,   İstiqlal   parkına,   “Nəfis”çörək   zavoduna,   Şəmkir Aqroparkına  ekskursiyaları  təşkil   olunacaqdır.  Həmçinin  bu  şəhərlərdə   HeydərƏliyev   Mərkəzinə,   Gənclər   Mərkərinə,   Bayraq   Meydanına,  tarix   diyarşünaslıqmuzeylərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.«Ölkəmizi tanıyaq»   tur aksiyasında iştirak  üçün rayonun orta məktəblərindətəhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40nəfər   şagird   seçilmişdir.  Rayon   İcra   Hakimiyyətində   yaradılmış   Qərargahtərəfindən qrupa rəhbər   təyin olunmuş, şagirdləri müşayət edəcək   müəllim vəhəkim heyəti seçilmişdir. Şagirdlər xususi geyimlər və tələb olunan ləvazimatlarilə təmin olunmuşdur.Nəsimi rayon İcra Hakimiyyətində keçirilən görüşdə   valideyinlər və şagirdlərçıxış   edərək   doğma   Azərbaycanın   ayrı-ayrı   guşələrinin   rayon   məktəbliləritərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizmpotensialı,   tarixi-mədəni   abidələri,   muzeyləri   ilə   tanış   olması   baxımındanmaarifləndirici tur aksiyaların əhəmiyyətindən danışmış,  onlara  göstərilən diqqətvə   qayğıya   görə   ölkə   başçısı   cənab   İlham   Əliyevə   dərin   minnətarlıqlarınıbildirmişlər.Tədbirin   sonunda   təşkil   olunmuş   konsert   proqramı   tədbir   iştirakçılarında,valideynlərdə və məktəblilərdə xoş ovqat   yaratmışdır. Sonda tədbir iştirakçılarıxatirə şəkilləri çəkdirmişlər.

  •  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz