0

Abel Məhərrəmovun vəzifəsini bu xanım icra edir - FOTO

Baxış: 253
Bakı Dövlət Universitetində rektor əvəzinin kimliyi dəqiqləşib.

Press-az publika.az-a istinadən xəbər verir ki, Abel Məhərrəmov işdən çıxarılandan sonra onun səlahiyyətləri universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyevaya verilib.

Qeyd edək ki, İradə Əliyeva 1959-cu il oktyabr ayının 23-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin əyani şöbəsində (rus bölməsində) təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.

O, 2009-2011-ci illər ərzində Bakı Dövlət Universitetinin Beynəlxalq Elm və Təhsilə İnteqrasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011-cı ilin may ayının 26-dan bu vaxta qədər Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorudur.

İ.Əliyeva 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz