0

Azerbaycanrealligi.com-dan nə istəyirlər? Mətbuat Şurası saytı şikayət əsasında müzakirə edəcək.

Baxış: 82

Azərbaycanrealligi.com-dan nə istəyirlər? Mətbuat Şurası saytı şikayət əsasında müzakirə edəcək.


Press-az xəbər verir ki,Azərbaycanrealligi.com xəbər saytı haqda Mətbuat Şurasına şikayət daxil olub. Bu barədə saytın təsisçisi Dəyanət Babayev özünün Facebook profilində məlumat verib. Yazılan statusu olduğu kimi təqdim edirik:

Bu gün Mətbuat şürasının icraçı katibi Şəmsəddin Hacıyev zəng etdi, bildirdi ki, mənim barəmdə mətbuat şurasına ATLAS MMC şirkətinin baş direktoru İslam Abdullayev şikayət verib. Həmin şikayət üzrə 20.11.2018 ci il tarixində saat 12:00-da Mətbuat Şurasının binasında baxış olacaq, mənim də iştirakımı istəyirlər. Şikayətin səbəbi isə Salyan şossesində (Şıxovda) Qarabağ əlilərinin, şəhid ailələrinin torpaqlarında həmin şirkət tərəfindən qeyri-qanuni zəbt olunaraq yerində hansısa bir tikintini aparılması olub. Mən şikayətçilərin çağırışı ilə bir neçə jurnalistlə hadisə yerinə getdim, həmin torpaq ərazisində Qarabağ əliləri və şəhid ailələrinin dərdlərini video lentə çəkliş etdim. Azərbaycan Reallığı səhifəmdə isə olduğu kimi canlı yayım etdim, daha sonra materialı olduğu kimi Azerbaycanrealligi.com saytına yerləşdirdim. Burada mənim günahım nədir? Ümumiyyətlə, mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? Günahım bu Vətən üçün canından keçənlərin problemini işıqlandırmaqdırsa, eybi yox, qoy mən günahkar olum. Çox güman ki, müəyyən səbəblərə görə Mətbuat Şurasının bu araşdırmasında iştirak edə bilməyəcəm, amma hər kəsi bu araşdırmaya vicdanla qiymət verməyə çağırıram. Unutmayın ki, biz bütün yaşamımıza görə, həyatımızın hər anına görə Vətənin müstəqilliyi və azadlığı uğrunda canından keçmiş Şəhidlərə, onların fədakar ailələrinə və Qarabağ qazillərinə borcluyuq!

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz