0

Gözəl Bayramlının cəzası azaldıldı

Baxış: 121
Bu gün Ali Məhkəmədə AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Press-az -ın xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, G.Bayramlının cəzası 2 ay azaldılıb.
Qeyd edək ki, rəsmi məlumata əsasən, G.Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz